SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı, 10 nəfər ÖLDÜ - FOTO
Azərbaycanda koronavirusa (COVID-19) 1175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 10 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 11 547 nəfərdir. Ölkədə son sutka ərzində 10632, hazırkı dövrədək isə 1 363 539 test aparılıb. Ümumi ölənlərin sayı 740 nəfərdir. Ümumi yoluxanların sayı 56 444 nəfər, ümumi sağalanların sayı 44 157 nəfərdir. "AzerTaym.az"