Milli Məclisin sektor müdirinin müxalifətlə işbirliyi

 Картинки по запросу qazax rayonu

Noyabrın 1-də keçiriləcək Milli Məclisə seckilər yaxınlaşdıqca namizədlər arasında kompromat savaşı, qara piar aksiyaları da artmağa başlamışdır. Bu yöndə Qazax rayonu xüsusilə diqqət cəkir.

 Redaksiyamıza daxil olan məlumatlara görə, 107 saylı Qazax Seçki Dairəsində qeydə alınmış namizədlərdən biri, Milli Məclisin sektor müdiri Sərdar Məmmədov adı çəkilən bölgədə hər hansı bir uğur qazana bilməyəcəyini öncədən dərk etdiyi üçün, yerli müxalifətcilərə müraciət etməli olub. Köhnə dostu, 1992-ci ildə Xalq Cəbhəsinin  hakimiyyəti dövründə naqis hərəkətlərinə görə vəzifədən qovulmuş, sonralar Klassik Xalq Cəbhəsi, ən nəhayət Müsavat Partiyayasına üzv olmuş Azər Məmmədovla birləşib. 

Rayonda yayılan məlumatlara görə, Sərdar Məmmədov parlament seckilərində ən şanslı namizədə qarşı qara piar aksiyaları maliyyələşdirir. Bu məqsədlə Sərdar Məmmədovun sponsorlugu ilə təşkilat komitəsi də yaradılıb. Həmin təşkilat komitəsi real şansı olan, əhali tərəfindən böyük dəstək qazana biləcək namizədə səs verilməməsi ücün yayındırıcı psixoloji təsir vasitəsi olaraq, xüsusi vərəqələr yaymağa başlamışdır. Hətta bölgənin üsyana təşviq edilməsi üçün bəzi şəbəkələri hərəkətə gətirməyə çalışılır. 
Qeyd edək ki, Ermənistanla həmsərhəd regionda yerləşən Qazax rayonu həssas bir regiondur. Burada əhalini üsyana təşviq etmək ölkəmizin milli təhlükəsizliyinə qarşı yönəlmiş təxribat kimi də saymaq olar. Ümid edirik ki, seçkilər haqqındakı qanunlara ədalətli şəkildə əməl olunması məsələsində yerli DSK, eləcə də MSK bütün bunları nəzərə alacaqdır.  (AzerTaym.az)

P.S.  Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 






Fikirlər