Ombudsman Bəxtiyar Hacıyevlə görüşdü
Aktivist Bəxtiyar Hacıyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva ilə görüşüb. "AzerTaym.az" bildirir ki, bu barədə B.Hacıyev öz "facebook" hesabında yazıb. "Bu gün son hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyeva ilə görüşdük. Məni qəbul etdi, dinlədi, qeydlər apardı və şikayətimi qəbul edərək, ən qısa zamanda səlahiyyətləri çərçivəsində məsələni nəzarətdə saxlayacağını, hüquq-mühafizə orqanlarına müvafiq müraciətlər edəcəyini bildirdi... Ombudsman Aparatı hüquq-mühafizə, istintaq orqanı deyil, ancaq hər bir halda Səbinə xanımın operativ reaksiyası və insani münasibətini görmək xoş oldu", - B.Hacıyev qeyd edib. Qeyd edək ki, sosial şəbəkələrdə B.Hacıyevə aid olduğu iddia edilən şəxsi mesajlar və səs yazıları yayılıb.