Ölkə üzrə qurbanların satış və kəsim yerləri - TAM SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcəkdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək. Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz. Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz: Rayon Ünvan Qeyd Bakı şəhəri, Binəqədi rayonu 8 mkr., Cəfərxəndan 52C kəsim və satış Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9 kəsim və satış Bakı şəhəri, Xətai rayonu Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2 kəsim və satış Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21 kəsim və satış Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78 kəsim və satış Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28 kəsim və satış Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı) kəsim və satış Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC kəsim və satış Bakı şəhəri, Nərimanov rayonu "Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26 kəsim və satış Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış "50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi kəsim və satış Bakı şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti 92, “ESE” MMC kəsim və satış Heydər Əliyev prospekti 92, “Bəsit” firması kəsim və satış M. Abbasov küçəsi, 2405-ci məhəllə kəsim və satış Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217 kəsim və satış Çobanzadə küçəsi 63 kəsim və satış Bakı şəhəri, Pirallahı rayonu Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi kəsim və satış Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa küçəsi kəsim və satış Zabrat qəsəbəsi, Babək küçəsis kəsim və satış Bakı şəhəri, Səbail rayonu Gülbala Əliyev küçəsi 20 kəsim və satış Gəncə şəhəri Müseyib Bağırov küçəsi yalnız kəsim Kəpəz rayonu, Sadıllı qəsəbəsi yalnız kəsim Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı yalnız kəsim Lənkəran şəhəri Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Mingəçevir şəhəri Ərəş küçəsi kəsim və satış Təbriz küçəsi kəsim və satış Sumqayıt şəhəri Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A kəsim və satış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC kəsim və satış Şəki şəhəri Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC yalnız kəsim Salman Mümtaz küçəsi yalnız satış Şirvan şəhəri Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Yevlax rayonu Aşağı Bucaq kəndi kəsim və satış Salahlı kəndi kəsim və satış Yevlax rayon, Aran qəsəbəsi kəsim və satış Abşeron rayonu Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi yalnız kəsim Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC kəsim və satış Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC kəsim və satış Abşeron rayonu, Məmmədli kəndi kəsim və satış Ağcabədi Rayonu Xocavənd kəndi yalnız kəsim Aşağı Avşar kəndi kəsim və satış Ağdaş rayonu Ağdaş rayonu, H. Əliyev pr. 169 yalnız kəsim Ağdaş rayonu, Heyvan bazarı yalnız satış Ağstafa rayonu Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi) kəsim və satış Balakən rayonu Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7 yalnız satış Patron Beyləqan rayonu Şəfəq qəsəbəsi (Ziyarətgah)