Özünə qəsd edən şəhid anasına dövlət hansı dəstəyi göstərib?
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidin anası (Məmmədova Vüsalə Gülbala qızı) və atasına (Həsənov Azər Sahib oğlu) Prezident təqaüdü (aylıq 500 manat) təyin edilib". Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, şəhidin anası V. Məmmədovaya 11 000 manat sığorta ödənişi verilib: "DOST İş Mərkəzində Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində (aylıq maaş 250 manat) işə qəbul edilib. Mənzil növbəsinə alınıb. İlin sonunadək ailənin mənzillə təminatı həyata keçiriləcək. YAŞAT Fondu tərəfindən 19.05.2021 tarixdə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə (2565 manat) yardım edilib. 23.06.2021 tarixdə "Dokta" MMC-də, 09.09.2021 tarixdə Gəncə Müalicə Diaqnostika Mərkəzindəki xərcləri qarşılanıb". Qeyd edək ki, ötən gün şəhid anasının Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında çoxsaylı dərman həbləri içərək intihara cəhd etməsii lə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xatırladaq ki, şəhid Həsənov Sahib Azər oğlu 28.10.2020-ci iI tarixdə Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Cənab Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.