Deputatlıq kişilikdən, mənəviyyatdan kənar statusdur?!

 

52e3b056-c20b-4cc2-b783-06b5fe58e56cElan olunduğu kimi, sabah Azərbaycan Respublikasının Milli Məclisinə (formal olaraq, anayasada belə adlandırılıb) səsvermənin keçiriləcəyi gündür. Ötən illərin təcrübəsinə söykənərək, mən bunu əvvəlcədən, «seçkiyə parodiya» adlandırardım. Fəqət, mənim necə adlandırmağımın elə bir əhəmiyyətinin olmadığını nəzərə alaraq, iniyə qədər bu mövzuda «saqqal tərpətmək» istəmirdim. Ancaq bu gün yerli KİV-in yaydığı bir məlumat (mən buna «namərd piarı» deyərdim!) bu sətirlərin ərsəyə gəlməsinə təkan oldu. Deputat, Elmlər akademiyası İnsan Haqları İnstitutunun direktoru, xanım Aytən Mustafayevanın barəsində «namərdcəsinə virtual məkana ötürülmüş» çızmaqaranı və fotoları nəzərdə tuturam…

Əvvəla, hamının, xüsusilə də «namərd piarçılar»ın nəzərinə çatdırmaq istəyirəm ki, haradasa, kiminsə kazinoda, kafedə, restoranda və s. oturub əylənəsi onun şəxsi həyatının bir epizodu olduğu üçün, bu «məkana burun soxmağa» heç kimin haqqı yoxdur!

İkincisi, bu xanım kazinoda əylənibsə, burada nə qəbahət var ki?

Üçüncüsü, belə davranış heç vəchlə kişiliyə yaraşan əxlaq sayıla bilməz, əksinə, namərdlik və əxlaqsızlıqdan başqa bir şey deyil!

Dördüncüsü, bu namərdliyin məhz, səmsverə günü ərəfəsində sərgilənməsi nakişilik sayımalı və bütün ciddiyyəti ilə ölkə ictimaiyyətinin, xüsusilə də qələm sahiblərinin qınaq ünvanına çevrilməlidir.

Belə mübarizə olmaz, həzarat! Məgər, deputat olmaq kişilikdən, mənəviyyatdan kənar statusdur? Üstəlik də, xanım namizədə qarşı belə davranış heç Azərbaycan kişisinə yaraşmaz…

Mən, Aytən xanımı tanımıram, amma soyadına baxıb da onun mərhum Rövşən Mustafayevin yaxını olduğu ehtimalını istisna etmirəm. Məgər Rövşən müəllim kimlərəsə qarşı belə «namərd davranış» sərgiləyib?!

Hesab edirəm ki, hər kəs düşünməli və deputat olmaqdan əvvəl kişi (vicdanlı insan) olmağa çalışmalıdır. Belə olmayanlara xalqın «çörəyi» haramdır – biləsiniz! Haramın da ki, o biri tərəfi var…

Odur ki, namərd piyarın sayəsində deputat ola bilənlərə üz tutub deyirəm: Utanın, ayıb olsun sizlərə!!! Azərtaym.az






Fikirlər