“Azərişıq” rəhbərliyi Gəncədə qəbul keçirəcək ...
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin aprelin 8-də Gəncə şəhərində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən xəbər verilir ki, qəbul “Azərişığ”ın Gəncə şəhəri, Rüzgar Qasımov küçəsi, dalan 2, bina 10 ünvanında yerləşən Qərb RETSİ-nin inzibati binasında keçiriləcək. Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq. Qəbulda iştirak etmək istəyən şəxslər Gəncə EŞ-ə və ya “Azərişıq” ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. "AzerTaym.az"