Ekologiya və təbii sərvətlər naziri Kürdəmirdə vətəndaşları qəbul edib...

Ekologiya və təbii sərvətlər naziri Kürdəmirdə vətəndaşları qəbul edib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən aprelin 15-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qəbuldan əvvəl nazir və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

"AzerTaym.az"






Fikirlər