Sahil Babayevdən BİABIRÇI TƏDARÜK - Qaziləri HƏBS ETDİRMƏK İSTƏYİR...
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün nazirliyə məcburi şəkildə daxil olan bir qrup qazini həbs etdirmək istəyir.
Bu barədə Gununsesi.info-ya nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri bildirib.
Onun sözlırinə görə, Sahil Babayev nazirliyin qapısını sındıran qazilərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməsi ilə bağlı Aparat rəhbərinə göstəriş verib.
Nazirin göstərişində qazilərin nazirlikdə komputerləri sındırması faktlarının olduğu və bunun şikayətə əlavə edilməsi də tapşırılıb.
Qeyd edək ki, nazirlə görüşə gələn bir qrup qazinin üzünə qapılar bağlandığından onlar zorla içəriyə girib.
Qazilər onlara əlillik verilmədiyini deyib.