YAP-ın siyahısı ilə seçkilərə girdi... UDUZDU: İndi TENDER KRALIDIR... - İLGİNC FAKT
Bakı Nəqliyyat Agentliyi (BNA) sifarişçi olduğu yeni tenderə imza atıb.
Millitv.az Qlobal.az-a istinadla xəbər verir ki, ""Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması (Təkrar elan)" lotu üzrə tenderin qalibi "Minera" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
"Minera" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin nizamnamə kapitalı 110 manat, qanuni təmsilçisi isə Əsgərova Mətanət Talıb qızıdır.
Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov ev 90 ünvanıdır.
"Minera" MMC-nin web saytı olan təşkilatlardandır.
Şirkətin təsisçisi əslən Ordubad rayonunun Behrud kəndindən olan Rzayev Xudaqulu Əhət oğludur.
Xudaqulu Rzayev şirkətin 1996-cı ildən fəaliyyətə başladığını bildirir.
X.Rzaquliyev eyni zamanda 2011-ci ildən "Evrika" liseyini təsis edib.
"Minera" MMC bir çox layihələrin həyata keçirilməsində, böyük obyektlərin tikinti və təmir bərpa işlərində iştirak edib.
Xudaqulu Rzayev 2020-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub.
Onun namizədliyi 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də, bu dairədən Rasim Musabəyov deputat seçilib.