Zorakılıqla üzləşən qadın və uşaqları sığınacağa yerləşdirilib ...

Əri tərəfindən döyüldüyü iddia edilən və 4 azyaşlı uşağı ilə Sumqayıtda parkda qalması ilə bağlı görüntüləri yayılan qadın barəsində məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfində məsələ nəzarətə götürülüb.

Sosial Xidmətlər Agentliyindən Musavat.com-a verilən xəbərə görə, artıq onlar Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.

 Agentlik dəstəyə görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına və prosesdə iştirak edən hər kəsə minnətdarlığını bildirir.

 






Fikirlər