Xəlil Göyüşovun ŞÜBHƏLİ ƏLAQƏLƏRİ...

Bir neçə ay bundan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi ilə bağlı həbs olunan, barəsində Səbail rayon məhkəməsində həbs qətimkan tədbiri seçilən tanınmış “Broker” Əbülfəz Məlikovla «Körpü-Bina-Tikinti» MMC sədri Xəlil Göyüşovun bir neçə ortaq iş birliyi olması haqqında "Azərbaycan Reallığı"na məlumatlı mənbədən bilgilər daxil olub. Mənbə iddia edir ki, Ölkəyə gələn inşaat və metal biznesi Əbülfəz Məlikov və Xəlil Göyüşovun ortaq biznesi olub.

Həmçinin bir neçə gün bundan öncə, yerli KİV-də Xətai rayon NZS qəsəbəsi Pivə zavod adlanan ərazinin yaxınlığı, Zakir Yusifov küçəsində «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun milyonlarla dəyəri olan mülkləri başlıqlı gedən yazıda sözü gedən ərazidə onlarla villaların fotoları yayılmışdı.

Məlum mülklərində Xəlil Göyüşovla Əbülfəz Məlikovun şərik olduğu deyilir. Daha sonra mənbə bildirir ki, hal-hazırda həbsdə olan manopolistin Novxanı ərazisində, bir neçə müllkü Xəlil Göyüşovla şərikldir. Daha sonra onların əlavə olaraq bir neçə biznesdə ortaq olduğu deyilir. Məlumatlı mənbədən daxil olan məlumatı "Azərbaycan Reallığı" araşdırmağa çalşır yaxın vaxtlarda daha geniş açıqlama verəcəyik.  






Fikirlər