“Nazirlik əməkdaşlarından saxlanılanlar var” - Əli Abbasov

“Nazirlik əməkdaşlarından saxlanılanlar var” -Əli Abbasov

““Nazirlik əməkdaşlarından saxlanılanlar var” - Əli Abbasov

 Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Milli Təhlükəsizlik Nazirliyi işi” ilə bağlı aparılan həbslərə və istintaq araşdırmaları barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə.Abbasov qeyd edib ki, bu ilkin araşdırmalardır və bununla bağlı olaraq digər müəssisələrdə də araşdırma aparılır: “Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.

Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var:

“Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur”.

 






Fikirlər