“Dinc ermənilərin mülki maşınlarının keçidinə şərait yaratmağa hazırıq”
“Dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırıq”. Bunu APA-ya açıqlamasında Laçın yolunda aksiyanın iştirakçısı olan ekofəal Nəzrin Əzizli deyib. O qeyd edib ki, artıq aksiya iştirakçıların nömrələri internetdə yerləşdirilib: “Kiminsə ağır xəstəsi, təcili yardımla bağlı problemi varsa, müraciət edə bilər. Ancaq neçə gündür, ekofəallar bunun üçün öz köməkliklərini təklif etsələr də, əlaqə vasitələrini internetlə yaysalar da, müraciət edən olmayıb”. Aksiya iştirakçısı deyib ki, aksiyanın tək məqsədi torpaqlarımızda qanunsuz istismarın qarşısı alınmasıdır.