Türkiyə səfirindən həlak olan tələbələrlə bağlı paylaşım

Türkiyə səfirindən həlak olan tələbələrlə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Malatya şəhərində baş vermiş zəlzələdə azərbaycanlı tələbələrin həlak olması ilə bağlı başsağlığı verib.

AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, səfir bununla bağlı öz tviter hesabında paylaşım edib:

“Ölkəmizdəki zəlzələdə həlak olan azərbaycanlı tələbələrə Allahdan rəhmət, ailələrinə və sevənlərinə səbir diləyirik”.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. Tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb. Cənazələrin bu gecə (fevralın 16-da) saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub.






Fikirlər