ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi
ABŞ-ın Bakıdakı səfirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib. Musavat.com xəbər verir ki, bununla bağlı səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib. "27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edir, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir", - paylaşımda bildirilib.