İLHAM ƏLİYEV Türkiyə səfirliyində oldu, BAŞSAĞLIĞI verdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. "AzerTaym.az" bildirir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlətimizin başçısını qarşılayıb. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlət başçısı səfirlə söhbət edib.