Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı yeni AÇIQLAMA...

Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı yeni açıqlama

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları davam etdirilir. 

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva bildirib. 

Onun sözlərinə görə, tələbələrdən hələ də xəbər yoxdur. 

"Tələbələrin ailə üzvləri bizimlə əlaqə saxlayırlar. Təəssüf ki, hələ heç bir məlumat yoxdur. Axtarışlar davam etdirilir. Türkiyənin dövlət orqanları tərəfindən bizə hər hansı məlumat verilməyib. Biz axtarışları davam etdiririk", - deyə səfirlik rəsmisi vurğulayıb. 

Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.  






Fikirlər