Azərbaycanda jurnalistə belə hücum olundu - VİDEO

 

Azərbaycanda jurnalistə hücum olundu. 

Strateq.az ANS-ə istinadən xəbər verir ki, Cəlilabadda idarə rəisi peşə fəaliyyətini yerinə yetirmək istəyən jurnalistə hücum edib.  

Yerli televiziya kanallarından birinin əməkdaşı rayon ərazisində qaz abonentlərinə istifadə etdiklərindən artıq yazılmış qeyri-qanuni borc ilə bağlı süjet hazırlayıb. Qarşı tərəf kimi jurnalist Cəlilabad qaz istismar sahəsindən mövcud məsələ ilə bağlı bir neçə dəfə açıqlama almaq istəyib. Lakin idarənin rəisi Günəşli Nurəliyev nəinki açıqlama verməyib, hətta öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı güc tətbiq edib.  İdarə rəisi əlləri ilə jurnalistin boğazından yapışaraq ona qarşı güc tətbiq edib. Artıq jurnalist faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.

 






Fikirlər