BUGÜNKÜ SİLAHLI İNSİDENTİN VİDEOSU YAYILDI- Anbaan Görüntülər (Yeniləndi)
Bakıda Səməd Vurğun küçəsində baş verən silahlı insidentin görüntüləri yayılıb. AzPolitika.info silahlı insidentin görüntülərini təqdim edir:
*** Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır: "Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək". *** Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqəli TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir. TƏBİB-dən "Report"a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir. *** Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı saxlanılan var. DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
*** Bakıda Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı aparılan araşdırmalar nəticəsində 2 nəfərin xəsarət aldığı məlum olub. Bu barədə DİN-dən bildirilib. Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb. *** Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər. Əlavə məlumat veriləcək. *** Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb. Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib. Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə əməliyyat qrupu cəlb edilib. "Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib. Hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.