Deputatdan AZAL-a qarşı sərt çıxış: "63 milyondan 26 milyonunu özündə saxlayıb"
"Büdcə əməliyyatlarında şəffaflığın olmaması göz önünüdədir".
Milli Məclisin bu gün keçirilən plenar iclasında bunu deputat Qüdrət Həsənquliyev deyib.
Deputat qeyd edib ki, biz Hesablama Palatasının fəaliyyəti ilə işimizi bitmiş hesab edirik:
" 2022-ci ildə "AZAL”a verilən 63,1 milyon manatlıq subsidiyanın 26,4 milyon manatı şirkətin hesabında saxlanılır. Bu, düvlət vəsaiti ilə dost tutmaqdır, proteksionizmdir, yoxsa nədir? Xidmət haqqının çox yüksək olduğu, monopolist şirkətə niyə subsidiya verilməldiir ki, o da bu vəsaitləri hesabında saxlasın"
- deyə, deputat bildirib. *Qaynarinfo