"Teymuroğlu" MTK haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında "Teymuroğlu" MTK-nın rəhbəri Qurbanov Münasib Teymur oğlu adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir. "Teymuroğlu" MTK-nın rəhbəri Münasib müəllimin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. "Teymuroğlu" MTK-nın rəhbəri Münasib müəllim müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Münasib müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Teymuroğlu" MTK-nın rəhbəri Münasib müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq. Şəxsiyyət kimi nüfuz qazanması sayəsində hazırda rəhbərlik etdiyi «Teymuroğlu» MTK da inşa etdiyi binaları, oradakı dözümlülük, səliqə-səhman, yüksək keyfiyyət və s.-lə diqqət çəkir. Əbəs yerə deyil ki, ev almaq istəyənlərin əksəriyyəti məhz onun rəhbərliyi ilə tikilmiş yüksəkmərtəbəli binalara üz tuturlar. Bu da onu göstərir ki, Münasib Qurbanovun həm özü, həm də əməli işi nümunə göstərilməyə layiqdir. Son günlər bəzi internet saytlarında "Teymuroğlu" MTK-nın rəhbəri Münasib müəllim ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. "Teymuroğlu" MTK-a vətəndaşların BAŞINA NECƏ OYUN AÇIR... " "Teymuroğlu" MTK EVİMİ SÖKDÜ..." - ŞİRKƏT-VƏTƏNDAŞ QARŞIDURMASI- başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Bu və ya digər məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, "Teymuroğlu" MTK-nın rəhbəri Münasib müəllim haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq. "AzerTaym.az"