“15 iyun tarixi xalqımızın gələcəyinin xilası tarixidir” - Rəşad Cəbrayılov
“Yalnız Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi həmrəylik, birlik təmin edildi. Dövlət təhlükəsizliyinin, hərbi təhlükəsizliyin təmin olunmasının təsirli elementləri yaradıldı. Qısa zaman kəsiyində sonrakı mərhələdə diplomatiyamızın da keçərliliyini təmin edəcək güclü ordu quruculuğu həyata keçirildi. Həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlar işğalçı Ermənistanı 1994-cü ilin mayında atəşkəs haqqında Bişkek ptokoluna imza atmağa məcbur etdi”. Bunu "AzerTaym.az"-a açılamasında Salyan IH-nin müavini,ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov Ulu öndərin 100 illik yubileyi, qayıdış günü ilə bağlı bildirib.
Rəşad Cəbrayılov Ermənistanın Azərbaycanda həyata keçirdiyi işğallar, soydaşlarımızın öz doğma torpaqlarından didərgin düşməsi ölkədaxili həmrəyliyin və birliyin möhkəmləndirilməsi üçün təsirli bir siqnal olmadır. O, Ermənistanın işğalçılıq siyasətinin uğurlarının AXC-Musavat cütlüyü tərəfindən hakimiyyət uğrunda mübarizədə alət kimi istifadə edilməsini təəssüflə qeyd edib. “Tanklar, top-tüfəng işğalçı erməni hərbi birləşmələrinin üzərinə yeriməli olduğu halda, Milli Məclisin üzərinə yeridilirdi. Hərbiləşmiş siyasi birləşmələr hakimiyyət uğrunda qeyri-sivil mübarizə aparırdılar. Məşhur Çin mütəfəkkiri Sun Tszı özünün "Müharibə sənəti" əsrində qeyd edir ki, müharibənin əsas güclərindən birini mənəviyyat qanunu təşkil edir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, müharibə vaxtı bütün qüvvələr düşmənə qarşı səfərbər olmalıdır, daxili çəkişmələrə son qoyulmalıdır” - deyən R.Cəbrayılov bütün bunlara istinad edərək, qeyd edib ki, 2020-ci ilin payızında Vətən müharibəsində tarixi qələbəmizin ilkin elementləri hələ Ulu öndərin rəhbərliyi dövründə yaradılıb. “15 iyun tarixi dövlətçiliyimizin, müstəqilliyimizin və ümumiyyətlə xalqımızın gələcəyinin xilası tarixidir”, - o deyib.