“Həcc zəyarətinə gedənlər dövlətə vergi versin” - Yazıçıdan qalmaqallı təklif

“Həcc zəyarətinə gedənlər dövlətə vergi versin” - Yazıçıdan qalmaqallı təklif

Qalmaqallı yazıçı-kulturoloq Aydın Xan Əbilov yenidən səs-küy yaradacaq fikirlər irəli sürüb. 

Yenisabah.az-a danışan Əbilov bu dəfə Həcc ziyarətinə yollananlardan da vergi tutulmasını təklif edib:

"Əgər bu qədər həvəslisinizsə, bu xərci çəkirsinizsə, hesab edirəm ki, dövlət bu xərcdən də vergi ala bilər. Necə ki, turist kimi səfərə çıxanlardan vergi alınır, Həcc ziyarətinə gedənlərdən də bu vergini ala bilərik. Bu vergi isə hansısa məmurun cibinə, dövlət orqanının işçilərinin əməkhaqqının artırılmasına yox, sırf qocalar evinə, uşaqlar evinə, məktəblərin tikilməsinə və digər humanitar-sosial sahələrə yönəldilməlidir. Həcc ziyarətinə gedənlərə, o arzuda olanlara hörmətlə yanaşırıq, amma yenə də deyirəm, indiki ağır zəmanədə 10 min dollara yaxın pulu bu ziyarətə xərcləməyin məntiqini anlamaq istəyirəm. 

Nəzərə alın ki, milyonlarla, milyardlarla pul axını Səudiyyə Ərəbistana gedir. Sağ olsun krallıq, həmin pulun bir hissəsi ilə müsəlman ölkələrinə müəyyən yardım edir, amma heç bir ölkədə rüşvət alan məmur özü gedə bilməsə də, kimisə əvəzinə Həccə göndərmir. Başqa heç bir yerdə bu yoxdur". 

Ekspert bildirib ki, insanlar ziyarətə getməmişdən öncə öz ətrafında yardıma ehtiyacı olanlara əl uzatmalıdır: 

"Əgər pul halallıqla əldə edilmirsə, o pulla ziyarətə getmək ən böyük günahdır. Allah bunu heç vaxt bağışlamayacaq! Əgər sizin evinizin yanında qonşunuz acından ölürsə, qocaların, xəstələrin ahı qulağınıza gəlirsə, halallıqla qazandığınız pullarla belə Həccə gedirsinizsə, Allah bunu bağışlamaz. Azərbaycan cəmiyyəti bu məsələlərdə diqqətli olmalıdır. Həccə gedənlər bilməlidirlər ki, burada qalan kasıb-kusublar sizin arxanızca yaxşı sözlər demirlər. Üzdə "Allah ziyarətini qəbul etsin" desələr də, içlərində düşünürlər ki, axı bu insan vaxtilə mənə dərman almağa yardım etməmişdi. Belə insanlara necə xeyir-dua vermək olar? Bu məsələdə bizdə boşluqlar var". 






Fikirlər