Masazır icra nümayəndəsi Şahlar Həsənov haqqında son vaxtlar yazılanlar böhtan və qarayaxmadır...

Şahlar Həsənovun fəaliyyəti günün tələblərinə tam şəkildə cavab verir

Son günlər müxtəlif xəbər saytlarında Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov haqqında heç bir əsası olmayan yazılar dərc olunmaqdadır.

Əgər jurnalsitikanın prinsiplərini və qanuna uyğunluqlarını nəzərə alsaq, jurnalist dəlil, sübut olmadan heç bir xəbəri fakt kimi yaza bilməz. Bundan başqa fakta söykənməyən hər hansı xəbəri yazmaqla şəxsiyyətə toxunma birbaşa cinayət məsuliyyətidir. 

Sosial şəbəkədə  və bəzi saytlarda antimilli qüvvələr bir çox dövlət məmurunun nümunəvi fəaliyyətinə kölgə salmaq niyyətinə düşüblər.Bu "qəhrəmanlıqları" ilə meydan sulayan mətbuat killerləri Azərbaycan dövlətinə,dövlətçiliyinə və xalqa xidmət edən illərdir təqdir olunası fəaliyyətilə nümunə olan Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənovla bağlı qarayaxma kampaniyasına start veriblər. Bu kampaniyanı aparanlar isə öz gözlərində tiri görməyib başqasının gözündə çöp axtaranlardan ayrı bir şey deyillər. 

Vətəndaş Masazır icra nümayəndəsinə üsyan etdi - Harınlamış məmur Şahlar Həsənov satışa çıxarılan soğana od vurdurdu(VİDEO) » www.REPORTOR.org

Əvvəla Şahlar Həsənov Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunduqdan sonra, sözügedən qurumda illərdir demək olar ki, yüksək səviyyədə canlanma var. Çünki, Şahlar Həsənov kənd sakinlərilə özü şəxsən görüşərək mütamadi söhbətlər aparır, onları dinləyir, problemlərin həlli yolunda əlindən gələni əsirgəmir. Bundan başqa Ş.Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ş.Həsənovun diqqətindədir. Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır,icra nümayəndəliyi tərəfindən hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən  Şahlar Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Sonda onu qeyd etmək istəyirik ki,faktsız- sübutsuz olan yazılar, xəbərlər sadəcə məqsəd yönümlü olaraq nəzərdə tutulub və bisavadlıqdan xəbər verir. Bütün bunların şahidi olduqda isə belə məqamlar adamda sadəcə gülüş doğurur. Əziz həmkarlar hər hansı bir fərd haqqında xəbər yazanda mütləq fakt göstərin ki,” bisavad "görünməyəsiniz.

 Bəzi jurnalistlər həmkarlarımıza tövsiyyəmiziz odur ki, kiminsə haqqında əsası olmayan nəyisə yazanda, ilk növbədə özünü barəsində o formada yazı yazılan şəxsin yerində görsünlər…

Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.

Necə deyərlər? ” Görünən kəndə nə bələdçı”

"AzerTaym.az"

 

 






Fikirlər