Naxçıvan – Bakı təyyarəsi avtobus kimi... – Yeni VİDEO

Naxçıvan – Bakı təyyarəsi avtobus kimi... – Yeni VİDEO

İyulun 5-də saat 23:45-də baş tutan Naxçıvan-Bakı reysində xoşagəlməz olay yaşanıb.

Bu haqda bir neçə gün öncə Türkiyə vətəndaşı olan sərnişinlərdən biri öz sosial şəbəkə hesabında məlumat yayıb. 

Sərnişin qeyd edib ki, təyyarə tam dolmadığından göstərilən saatda hərəkət etməyib və reysə rayonlararası avtobuslarda olduğu kimi boş qalan yerlərə biletlərin satışı davam edib.

Yerli sərnişinlərdən biri hadisənin yaşandığı anın kadrlarını Yenisabah.az-a yollayıb. Onun sözlərinə görə, həmin gün sərnişinlər hadisəyə etirazını bildirsə də buna məhəl qoyulmayıb və sərnişinlər təyyarədən endirilib:

"Həmin gün millətin başına oyun açdılar. Pilot dedi ki, sürmürəm, yuxum gəlir, gedirəm yatım. Biz düz 7 saat pilotun oyanmağını gözlədik. Nəhayət, saat 8-ə işləmiş oyanıb təyyarəni sürdü".

Sərnişin təyyarə bələdçilərinin insanlarla çox kobud rəftar etdiyini bildirib:

"Təyyarə bələdçisi olan xanımlar sərnişinlərlə çox kobud rəftar edirlər. Az qalırdılar milləti döysünlər. Həmin vaxt vəziyyəti pisləşib özündən gedən sərnişinlə maraqlanan olmadı, "nə artistlik edirsən?" deyildi. Həmin xanımın başqa ölkəyə uçuşu var imiş, təyyarə gecikdiyinə görə, 2500 manatlıq bileti də "yanmışdı". Buna görə vəziyyəti pisləşmişdi. Xüsusilə sarı saçlı təyyarə bələdçisi sərnişinlərlə çox kobud rəftar edirdi".

Həmin görüntüləri təqdim edirik:  






Fikirlər