Arzu edirik ki, yaxın gələcəkdə bu anlayışı ləğv edək - Sahil Babayev

Biz də arzu edirik ki, yaxın gələcəkdə ehtiyac meyarı anlayışını ləğv edək.

 Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, amma bu bir mexanizmdir, instrumentdir.

"Hələ ki, qarşımızda böyük çağırışlar var, bunu instrument olaraq saxlayırıq. Elə bir il ola bilər ki, bizə o çağırışlar mane olar, dversifikasiya etmək ehtiyacımız yarana bilər. Amma hökumətin niyyəti də ondan ibarətdir ki, yaxın müddət ərzində bu prosesi tam bir instituta çevirmək", - deyə nazir əlavə edib.






Fikirlər