“Fitrətində qeyri-ciddilik varsa, bambılı kimi görünəcəksən”

“Fitrətində qeyri-ciddilik varsa, bambılı kimi görünəcəksən”

Son günlər sosial şəbəkələrdə müxtəlif şairlərin yazdığı məşhur misralarla postlar paylaşılır.

Artıq sözügedən trendə müxtəlif ekspertlər, tanınmış şəxslər də qoşulub.

AzerTaym.az yenisabah.az-a istinadən xəbər verir ki, tanınmış politoloq, şair Elçin Mirzəbəyli də məsələyə səssiz qalmayıb. O, ad çəkməsə də, son günlər paylaşılan postlara eyham vurub: 

“Gerçək ədəbiyyat, söz adamlarına qeyri-ciddi yanaşanların əksəriyyəti, çörəyi birbaşa və ya dolayısı ilə sözdən çıxanlar, sözdən çıxılanlar, sözə çıxılanlardı... Kəsəsi, çıxılanlardı... 

Prinsip etibarilə kvant fizikası ilə də məşğul ola bilərsən, amma fitrətində qeyri-ciddilik varsa, aşağı-yuxarı, ən ciddi nəsnələr haqqında danışanda da bambılı kimi görünəcəksən”.






Fikirlər