"Biomed Spektr" lisenziyadan kənar tibbi xidmət göstərib?
Qaynarinfo xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, hospital 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilə bilər.
Qeyd edək ki, "Biomed Spektr" Tibb Mərkəzinin baş həkimi, hepatoloq Arzu Hüseynovadır.