Xəngəl orqanizmə nə qədər zərərlidir?

Xəngəl orqanizmə nə qədər zərərlidir? - Baş həkim açıqladı

Havalar soyuqduqda ilkin olaraq xəmir xörəklərinə müraciət edirik. Mütəxəssislər isə xəmir xörəklərinin zərərli olduğunu və lazım olmadığı təqdirdə xəmir xörəklərindən istifadə etməməyimizi tövsiyə edir.
 
AzerTaym.az bildirir ki,mövzu ilə bağlı "Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Moderator.az-a açıqlamasında xəmir yeməklərinin zərərlərindən danışıb.
 
Xəmir yeməklərinə gündəlik həyatda çox üstünlük verildiyini və havalar soyduqca buna diqqətin daha çoxaldığını qeyd etdi:
 
"Xüsusən sulu xəmir yeməklərinə, daha çox ərişdə, düşbərə kimi yeməklərə bizim tərəfdə üstünlük daha çoxalıb. Bunlar daha çox isti yemək anlamına gələn, soyuqdan kompensasiya istəyindən, eyni zamanada enerji itkisini tez önləmək məqsədindən insanlar tərəfindən üstünlük verilən qidalardır. Həm də zaman-zaman ekonomik durumun o qədər də yaxşı olmadığı illərdə bu xəmir yeməkləri öz əlçatanlıqlarına görə nisbətən daha çox istifadə edilib. Bu da havalar soyuyan kimi insanlarda bir vərdiş halına çevrilib.
 
Xəmir yeməklərinin əsasən zərərli tərəfi, mədə bağırsaq sisteminə verdiyi ağırlıqdan ibarətdir. Həzm olunma prosesi xəmir yeməklərində o qədər də yaxşı getmir və əgər mədə bağırsaq sisteminin müəyyən disfunksiyaları varsa, xeyli ciddi narahatçılıq verə bilər. Bu baxımdan həmin yeməkləri günün birinci yarısında və ya erkən vaxtlarda yemək məsləhət görülür. Digər tərəfdən, bu yeməklərin tərkibində olan maddələr xüsusən şəkəri, təzyiqi olan insanlarda səhətin pisləşməsinə gətirib çıxara bilər. Çünki, xüsusən ağ undan olan məhsullar qanda şəkərin miqdarını artırır. Bunlar xaricində davamlı olaraq eyni xəmir yeməklərindən istifadə olunarsa müəyyən vitamin çatışmazlıqları yarana bilər. Amma günümüzdə bunlar davamlı istifadə olunmur. Epizodik hallarda, məsələn qar yağanda və yaxud çox soyuqdursa daha çox istifadə edilir. Bu baxımdan düşünürəm ki, bu yeməklər milli mətbəximizin ləziz təamlarındandır və bunlardan qədərində istifadə etmək olar. Çox böyük sıxlıqla istifadə edilmədikdə fikirimcə, ciddi bir problemlə üzləşmərik".






Fikirlər