Sədr: "Bakı Ağır Cinayətlər Məhkəməsində vəkillərin fəaliyyəti üçün lazımi şərait yaradılıb"
"Bakı Ağır Cinayətlər Məhkəməsində yeni yaradılan vəkil otağında vəkillərin işlə tanış olması üçün lazımi şərait yaradılıb". AzerTaym.az bildirir ki,bunu e-huquq.az-a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov deyib. O bildirib ki, burada vəkillərə kömək məqsədilə operator fəaliyyət göstərir. "Vəkil otağına operator təyin olunub. Otaq internet və digər lazımi kommunikasiya vasitələri ilə təmin olunub. Vəkil hansı işlə tanış olmaq istədiyini bildirir, operator dərhal hakimlə əlaqə saxlayır, işi əldə edərək vəkilə təqdim edir. Vəkillər burada onlara lazım olan sənədlərin sürətini çıxara və işlə tanış ola bilərlər. Vaxt baxımından onlara hər hansı məhdudiyyət tətbiq olunmur", - deyə sədr qeyd edib.