Partlayışda ölən daha üç nəfərin FOTOları ...
Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib. AzerTaym.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar-Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur. A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir. Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik: