DSMF-nin Ağdam şöbəsində sağlam şəxslər NECƏ "ƏLİL" OLUR? - Dövlətin külli miqdarda vəsaiti talan edilir
Azərbaycanda vətəndaşların ən çox şikayət etdiyi qurumun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğu heç kimə sirr deyil. Son vaxtlar xüsusən də vətəndaşların pensiyalarının qanunsuz olaraq kəsilməsi, əlillik dərəcəsinin verilməməsi, yaxud da düzgün təyin olunmaması və s. məsələlər ilə bağlı şikayətlərin sayı durmadan artmaqdadır. Eynilə sosial müavinətlərin, ünvanlı sosial yardımın ayrılması zamanı da adıçəkilən nazirliyin çoxsaylı ədalətsizliklərə və qanunsuzluqlara yol verdiyi haqda şikayətlərin ardı-arası kəsilmir.
Hətta bir sıra vətəndaşlar iddia edirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları rüşvət qarşılığında imkanlı şəxslərə ünvanlı sosial yardım ayırsa da, bu müavinətə ehtiyacı olan insanlara müxtəlif bəhanələrlə rədd cavabı verilir. Qeyd edək ki, bugünlərdə redaksiyamıza daxil olan məlumat əslində sözügedən nazirlikdən şikayətçi olan, vətəndaşların heç də haqqsız olmadığını ortaya qoyur. Belə ki, etibarlı qaynaqlardan redaksiyamıza daxil olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdam rayon şöbəsində bu kimi qanunsuzluqların sayı-hesabı yoxdur. Mənbənin sözlərinə görə, şöbə rəhbərliyi müəyyən sövdələşmə qarşılığında “sağlam şəxsləri əlil”, imkanlı sakinləri isə “kasıb” kimi təqdim etməklə, külli miqdarda dövlət əmlakını talan etməkdədir. Mənbə dövlətdən qanunsuz olaraq sosisal müavinat alan bir neçə vətəndaşında siyahısını təqdim edib. Bunlar Ağdam rayonunun 3 oğlan kənd sakinləri Əhmədov Qədir Sədi oğlu, Cəfərov Rüstəm Əhməd oğlu və Hətəmov Rafil Saday oğludur. Onun sözlərinə görə hər 3 şəxs sağlam olsalarda 2-ci qrup əlil kimi illərdir dövlətdən müavinat alırlar. Mənbə iddia edir ki, DSF-nin Ağdam rayon şöbəsində qanunsuz olaraq dövlətdən sosial yardım alan şəxslərin sayı yüzlərlədir. Bununla belə həqiqətəndə yardıma ehtiyacı olan vətəndaşlara əksər hallarda rəhbərlik tərəfindən yox cavabı verilir. Bu isə Ağdam sakinlərinin haqlı narazılıqlarına səbəb olur.
hurriyyet.az