QARABAĞDA İŞ İMKANLARI HANSI SƏVİYYƏDƏDİR? – Maaşlar və peşələr + TAM SİYAHI

Məlum olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması ilə birlikdə Qarabağ regionunda icra olunun “Böyük Qayıdış” layihəsinin önündəki bütün əngəllər aradan qalxıb. Artıq sözügedən layihənin reallaşması üçün əsas infrastruktur layihələr (dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı) icra edilir, tikinti işlərinin miqyası genişləndirilir. Təbii ki, bütün bu planları həyata keçirmək üçün insanların Qarabağda əmək fəaliyyəti ilə məşğulluq dərəcəsini yüksəltmək tələb olunur.

“AzPolitika.info” Dövlət Məşğulluq Agentliyinin məlumat bazasına əsasən, hazırda işğaldan azad olunmuş ərazilərdəki aktiv vakansiyalarla bağlı kiçik bir araşdırma aparıb.

Qeyd edək ki, hal-hazırda işğaldan azad olunmuş bölgələrimizdə 33 aktiv vakansiya mövcuddur. Ən çox vakansiyanın olduğu bölgələr Füzuli və Laçın şəhərləridir. Füzulidə 10, Laçında isə 8 vakansiya üzrə işçilər axtarılır. Bundan əlavə, Cəbrayılda 6, Şuşada 5, Xocavənd, Ağdam, Kəlbəcər və Qubadlıda isə 1 aktiv vakansiya var. 

İşəgötürən şirkətlərin təklif etdiklər maaş aralığı 345-1500 manat arasında dəyişir. Şirkətlər əsasən, 18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Qarabağda ən çox sürücü peşəsinə təlabat var. Maraqlıdır ki, elə ən aşağı maaş da məhz sürücülərə təklif olunur. Sürücülərin aylıq qazancı ortalama 400-500 manat təşkil edir. Maaşların nisbətən yüksək olduğu bölgə isə Cəbrayıldır. Burada bir neçə vakansiya üzrə 1500 manata qədər maaş təklif olunur. Xocavənddə Türkiyənin “Kolin İnşaat” şirkəti sürücü axtarışındadır. Şirkət bu iş üçün 420-750 manat aralığında bir maaş təklif edir. Ağdamda isə qəlibçi peşəsi üzrə işçi axtarılır. Burada 6 günlük iş qrafiki üzrə 350-670 manat aralığında maaş mövcuddur. Kəlbəcərdə 5 günlük iş qrafiki üzrə qaynaqçılara 750-1000 manat maaş təklif edilir. Qubadlıda Türkiyənin “Polat yol yapı sanayi ve Ticaret” şirkəti isə sex işçisi axtarır. Türkiyə şirkəti 5 günlük qrafik üzrə 450 manat maaş təklif edir.

 

 

Hazırda aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:

Mexanik - 350-1000 AZN - Cəbrayıl

Dəmirçi - 400-800 AZN - Füzuli

Gözətçi - 345-555 AZN - Laçın

Sürücü - 420-750 AZN - Xocavənd

Sürücü - 379-699 AZN - Laçın

Çilingər- 615-693 AZN - Füzuli

Qaynaqçı - 450-600 AZN - Füzuli

Mühəndis - 600-800 AZN - Laçın

Ailə həkimi - 978-1060 AZN - Füzuli

Tar müəllimi - 359-1500 AZN - Füzuli

Xanəndə - 359-1200 AZN - Füzuli

Qaynqaçı - 720-1000 AZN - Kəlbəcər

Katibə - 345-1500 AZN - Şuşa

Montyor - 600-900 AZN -Laçın

Tar müəllimi - 345-1500 AZN - Şuşa

Şöbə müdiri - 359-550 AZN - Füzuli

Kadr mütəxəssisi - 800-1000 AZN – Laçın

Qaynaqçı - 350-1000 AZN - Cəbrayıl

Sex işçisi - 450 AZN - Qubadlı

Sürücü- 500-600 AZN - Şuşa

Usta- 379-600 AZN - Laçın

Sürücü – 670 AZN - Füzuli

Operator- 400-600 AZN - Füzuli

Dəmirçi - 345-784 AZN - Cəbrayıl

Sürücü - 379-670 AZN - Laçın

Montyor – 700- 1500 AZN - Cəbrayıl

Çilingər – 700-1500 AZN - Cəbrayıl

Supervayzer - 700-1500 AZN - Cəbrayıl

Layihə kordinatoru - 1130 AZN - Laçın

Dülgər – 800 AZN - Şuşa

Qəlibçi - 350-670 AZN - Ağdam

Topoqraf - 500-700 AZN - Füzuli

Topoqraf - 1200-1500 AZN - Şuşa

 

 






Fikirlər