Nazirlik 2000 kv. metr ofisi 320 min manata icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub.

Agentlik Emil Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür və qarşılığında 320 min 67 manat (ayda 26 min 672 manat) ödəyəcək.
Qeyd edək ki, Agentlik əvvəlki illərdə də Emil Orucov ilə analoji müqaviləni imzalayıb. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Emil  Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsi üçün 2021-ci ildə 289 min 872 manat, 2023-cü ildə isə 318 min 622 manat 7 qəpik ödəyib.
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.







Fikirlər