Üç xəstəxanaya yeni direktorlar təyin olundu - FOTOLAR

uc-xestexanaya-yeni-direktorlar-teyin-olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.

AzerTaym.az bildirir ki, bununla bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

Belə ki, Ağdaş Rayon Mərkəzi Xəstəxanasına İntiqam İbrahimov, Cəlilabad RMX-yə Namiq Həsənov, Kürdəmir RMX-yə isə Elçin Bilalov direktor vəzifəsinə təyinat alıb.

Yeni direktor İntiqam İbrahimov ixtisasca otolorinqoloqdur. O, bu təyinatadək Ağdaş RMX-nin direktor müavini - baş həkim vəzifəsini icra edib.

Cəlilabad RMX-nin direktoru Namiq Həsənov ixtisasca cərrahdır. Yeni təyinatınadək akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri kimi fəaliyyət göstərib.

Kürdəmir RMX-nin direktoru Elçin Bilalov ixtisasca terapevtdir. O, bundan əvvəl Ağdaş RMX-nin nəzdində olan Tofiqi Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində çalışıb.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.






Fikirlər