Xankəndidə separatçıların "parlament binası" belə söküldü - ANBAAN VİDEO

İşğaldan azad edilən Xankəndi şəhərində separatçıların 1994-cü ildə inşa etdiyi "parlament binası" sökülür.

Bizim.Media xəbər verir ki, bununla bağlı AzTV ərazidən reportaj hazırlayıb.

Telekanalın əməkdaşı qeyd edib ki, həmin binanın yanındakı tikili də sökülür.

Onun sözlərinə görə, tikili 1-ci Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqla seçilən ermənilərin "qəhrəmanları" üçün inşa edilən "veteran binasıdır":

"Ümumiyyətlə Xankəndinin memarlığına, arxitekturasına zidd olan, işğaldan sonra tikilən bütün binaların söküntü işləri aparılır".
 






Fikirlər