Ermənilərin ac qalmasına dözməyən deputat öz xalqını çörəklə imtahana çəkir- Un bahalaşdı

Ermənilərin ac qalmasına dözməyən deputat öz xalqını çörəklə imtahana çəkir- Un bahalaşdıAyın 1-dən etibarən “Karmen” ununun qiyməti fantastik dərəcədə qalxıb. Belə ki, ölkənin əsas un istehsalçısı olan Karat Holdinq 16.55-ə satdığı əla növ “Karmen” ununu (50 kg) artıq 16.95 Azn-ə yüksəldib.

31 dekabra qədər bir kiloqram unu 0.331 qəpiyə satan Karat Holdinq adı çəkilən məhsulun qiymətini 0.361 qəpiyə qaldıraraq, 1 ton unda 30 manat əlavə qazanc əldə etməyi hədəfləyir.


Bu isə əhalini çörəklə imtahana çəkməyə bərabərdir. Çünki un bahalaşdığıa görə, ya çörəyin qiyməti qalxacaq, ya da çəkisi azalacaq. İki halda da itirən Azərbaycan xalqı olacaq.

Qeyd edək ki, Karat Holdinq deputat Əsabil Qasımova məxsusdur. O, bir müddət öncə “Mən heç bir yerdə direktor deyiləm. Həmin şirkətin sahibiyəm. Bu şirkəti də 1993-cü ildə yaratmışam” – deyə, bu faktı təsdiqləmişdi.

“Şirkətinizin adı necədir?” sualına onun cavabı belə olmuşdu: “Karat Holdinq”. Bunu deputat olmazdan əvvəl yaratmışam. Orada mən direktor deyiləm. Şirkəti rəsmi işlədən, əmək haqqı alan Taleh Qasımovdur”. Taleh Qasımov isə deputaın oğludur.

Xatırladaq ki, bu şirkətin adı Ermənistana un satışı ilə bağlı hallanmışdı. Göründüyü kimi, ermənilərin ac qalmasına dözməyən deputat öz xalqını çörəklə imtahana çəkir.

Qeyd edək ki, Əsabil Qasımovdan fərqli olaraq, Bakıdakı toptan satış mərkəzləri daha insaflı davranaraq, onun kimi hər kisənin üzərinə 40 deyil, 20 qəpik qoyublar.

Bayram olduğu üçün Karat Holdinqin telefonlarını qaldıran olmadı. Lakin əməkdaşımız Hökməli dairəsindəki Karat Holdinqin satış mərkəzində olaraq, qiymətləri özü müşahidə edib.

Mövzuya qayıdacağıq.






Fikirlər