İşdən çıxarılan rektorları əvəz edənlər məlum oldu
Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri nəticəsində 4 rektor yenidən deputat mandatı qazandı. Ardınca isə Prezident İlham Əliyevin 24 noyabr 2015-ci tarixli sərəncamına əsasən, həmin şəxslər - Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev tutduqları vəzifədən azad edildilər. Modern.az hazırda onların səlahiyyətlərini kimin əvəz etdiyini müvafiq ali təhüsil ocaqlarından öyrənməyə çalışıb. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasındanbildirilib ki, hazırda rektor vəzifəsini təhsil ocağınıntədrisişləri üzrə prorektoru Qəhrəman Məmmədyarovicra edir. Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımovaqeyd edib ki, noyabrın 25-dən təhsil ocağınınelmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusovrektor vəzifəsini icra edir. Azərbaycan Müəllimlər İnstitutuisə prezidentin dünən imzaladığı müvafiq sərəncamla Azərbaycan Pedoqji Universitetinə birləşdirilib.
Azərbaycan Tibb Universitetindənbildirilib ki,tədris işləri üzrə prorektorSabir Əliyevhazırda rektor vəzifəsini müvəqqəti olaraq icra edir.