"Bu, Ağadadaşa qarşı qurulmuş ssenaridir" - "MedEra"ya ŞOK ittihamlar

Ağdadaş müəllimlə hələ ki, əlaqə saxlaya bilməmişəm. Çünki telefonları bağlı idi. Amma özünün verdiyi açıqlamada şükür ki, səsi yaxşı gəlirdi”.

Bunu Bakupost.az -a açıqlamasında Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Xalq artisti Ağdadaş Ağayevin döyülməsi haqda danışarkən deyib.
O, bu hadisənin vəhşilik olduğunu bildirib:
“Görüntülərə baxmışam, bu, bir vəhşilikdir. Günün günorta çağı hospitalın qarşısında belə bir vəhşilik baş verir. O görüntülərdən dəhşətə gəldim. Elə bil bu adam faşistdir. Hospitalın ətrafında olan işçilərinin də biganəliyini gördüm. O hücum edən mühafizəçini saxlamaqları da yalançı idi. Sonra onu buraxırlar, mühafizəçi gəlir yerdə uzanmış, köməksiz, çarəsiz bir adamın başına təpik, yumruq vurur. Azərbaycanda belə faşistlərin olduğunu güman etməzdim. Ağadadaş birinci davadan sonra ordan aralanır, amma mühafizəçi yenidən faşistcəsinə onun üstünə gedir, təzədən onu yerə yıxır, təpikləyir, guya bunu tutanların əlindən çıxır”.

B.Vəziroğlu yaşlı, onkoloji xəstə olan Xalq artistinin insanların gözü qarşısında vəhşicəsinə döyülməsinin yolverilməz olduğunu deyib:
“Hamı hospitala dərdini götürüb gedir ki, orda şəfa tapsın. Hospitaldakılar da elə bil ölüb. Yaxında olanlar da yalandan harayçılıq edirlər. Mən orda olsaydım, deyərdim ki, yerə yıxılmış adamın meyitinin üstündən də keçin”.
Şair hüquq-mühafizə orqanlarının icazəsi olmadan hospitalın kamera görüntülərini yaymasının qanunsuz olduğunu da deyib:
“Bu ssenarini hospitaldakı adamlar qurub. O kamera görüntülərini hüquq-mühafizə orqanlarının icazəsi olmadan yaymaq olmaz. Bu görüntülərin yayılması biabırçılıqdır. Onun yayılması Ağadadaş müəllimə görün, nə qədər mənəvi zərbə vurub. Məndə elə bir təəssürat yarandı ki, sanki Ağadadaş müəllimin yerinə döyülən mənəm. Ona görə də mütləq cinayət işində bütün bunlar araşdırılmalıdır. Onu da deyim ki, dəfələrlə mətbuatda o klinikanın adının neqativ hallandığını eşitmişəm".

B.Vəziroğlu hospitalın öz mühafizəçisindən imtina etdiyini də diqqətə çəkib:
“Onların bütün fırıldağı burda bilinir. Deyirlər ki, o, bizim işçi deyil. Necə sizin işçi deyil ki, hospitalın qapısında durur. Yəqin ki, onunla əmək müqaviləsi bağlamayıblar, qanunsuz işləyir və ona görə də imtina edirlər. Ancaq özlərini müdafiə etməklə məşğuldurlar. Bütün bunlar hamısı qurulmuş ssenaridir”.
B.Vəziroğlu deyib ki, Ağadadaş Ağayev həqiqətən də kimisə öldürmək istəsəydi, baltanı uzaqdan atmazdı:
“Bunlar hamısı fırıldaqdı, heç kimə balta dəyməyib. Ağadadaş əgər bir ssenari qurub, gəlib kimisə öldürmək istəsəydi, baltanı niyə 50 metrdən tullayırdı? Affekt vəziyyətində olub, əlinə də balta keçdiyi üçün onu tullayıb. Ağadadaşı 50 ildir ki, tanıyıram, bütün məclislərdə sözü çəp gələn adamları barışdıran adamdır. Deyirlər ki, içki içib yıxılıb. Bu, ola bilməz, o adam gecə-gündüz dərman qəbul edir. Dərman içən adam necə içki qəbul edə bilər axı...”






Fikirlər