Azərbaycanın xalq artistləri İlhamə Quliyeva ilə Aygün Kazımova arasında “elan olunmamış müharibə” son günlər daha da da alovlanıb.
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva modern.az-a açıqlamasında baş verənlərdən mədəniyyət adına təəssüfləndiyini deyərək, istənilən şəxsin işlətdiyi sözlərə diqqət etməsi gərəkdiyini vurğulayıb.
“Səhnədən cəmiyyətə çatdırılan informasiya- istər musiqi, istər dram əsəri, istər rəsm əsəri olsun, fərqi yoxdur. Səhnə, sənət vasitəsilə verilən mesaj dəyərə çevrilir. Cəmiyyətin sevdiyi, populyarlıq qazanan, öndə gedən insanlarından söhbət gedirsə, bu insanlar davranışlarına, hərəkətlərinə, dillərindən çıxan sözlərə diqqət etməlidirlər. Əslində bu, təkcə sənət adamına deyil, hamıya aiddir. Çünki, bu insanlar üzərlərində bir yük daşıyırlar. Bu yük isə cəmiyyəti istiqamətləndirmək missiyasını özündə ehtiva edir. Ona görə də hesab edirəm ki, onların daha məsuliyyətli olmaları gərəkir. Etiraz, etika duyğuları da geniş mənada anlaşılsaydı bu, ümumi işimizin xeyrinə olardı”, - deyə deputat söyləyib.
Jalə Əliyeva “Mədəniyyət və Turizm Nazirliyinin bu hadisələrlə bağlı susqunluğunu necə qiymətləndirirsiniz?” sualına “Nazirliyin işini qiymətləndirəcək orqan mən deyiləm”,- deyə cavablandırıb:
“Hesab edirəm ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda dövlət mədəniyyət siyasətinin həyata keçirilməsində kifayət qədər əhəmiyyətli rol oynayır. Bizim hər birimiz dövlətin idarəetməsində müəyyən qollarıq. İstər nazirlik, istər parlament üzərinə düşən vəzifəni kifayət qədər yerinə yetirir. Son məsələdə onların reaksiyasına gəldikdə isə, bu sualı ən azından mətbuat xidməti səviyyəsində onlara ünvanlamanız daha doğru olar. Yəqin ki, onlar da cavablandırarlar”.
Fikirlər