"AZADLIQ" qəzetinə XƏBƏRDARLIQ edildi - MƏTN

"Azadlıq" qəzetinə xəbərdarlıq edildi - Bu gün Azərbaycan Nəşriyyatının rəhbərliyi “Azadlıq” qəzetinə məktubla müraciət edib.
 AzerTaym.az xəbər verir ki, xəbərdarlıq məktubunda qeyd olunub ki, “Azadlıq” qəzetinin 2016-cı ilin fevralın 1-nə qədər çap xərclərinə görə Nəşriyyata olan borcu 18342 manat təşkil edir. Bununla yanaşı qəzetin kommunal xərclər üzrə borcu 1064 manatdır. Ümumilikdə qəzetin nəşriyyata 19 min 406 manat borcu var. 
Bildirilir ki, borcların ödənilməyəcəyi təqdirdə fevral ayının 18-dən etibarən “Azadlıq” qəzetinin çapı mümkün olmayacaq.






Fikirlər