SEÇİCİlər Əsabil Qasımovu TANIMADIlar - VİDEO

İmişli sakinləri deputatı gündüz çıraqla axtarırlar 

Xəbər verildiyi kimi, BTV.AZ kanalı “Millət vəkilləri verdiyi vədlərə əməl edirmi?”adlı layihə həyata keçiri. 

"AzerTaym.az" jam.az-a istinadən xəbər verir ki, TV kanal bu dəfə İmişli rayonunun əhalisi ilə görüşərək, 79 saylı dairədən ikinci dəfə deputat seçilən Əsabil Qasımovun verdiyi vədlərə əməl edib, etmədiyini öyrənməyə çalışıb. 

BTV-nin üzə çıxardığı maraqlı məqamlardan biri də odur ki, əhalinin böyük əksəriyyəti öz deputatını tanımır. Hətta bəziləri Əsabil Qasımovun adını ilk dəfə eşitdiklərini dilə gətiriblər. 

Sayt yazır ki, Əsabil Qasimov daim mətbuatda öz biznesi və rüşvətxorluğu ilə gündəmdə qalmağı bacarıb. “Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında onu adı tez-tez hallanmaqdadır. Bildirilir ki,Əsabil Qasımov öz deputat statusundan və hakim partiyanın nüfuzundan istifadə edərək qanunsuz işlərlə məşğul olur”.

BTV onu da xatırladır ki, 79 saylı İmişli seçki dairəsindən iki dəfə ardıcıl olaraq deputat seçilən Əsabil Qasimovun adı “lal deputat”ların sırasındadır.

Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin prezidenti olub.







Fikirlər