Fatma Abdullazadənin müavini də vəzifədən AZAD EDİLİB
Ötən gün Prezident Administrasiyasında aparılan kadr islahatları nəticəsində uzun illərdir Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub. Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ ki boşdur. Humanitar siyasət məsələləri şöbəsindən verilən məlumata görə, artıq Fatma Abdullazadənin komandası iş başında deyil. Fatma Abdullazadə 1993-dən Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.
Modern.az saytı Fatma Abdullazadənin müavini Məhərrəm Əhmədovla əlaqə saxlamağa çalışıb.
“Prezidentin sərəncamına əsasən, Fatma Abdullazadə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub. Fatma Abdullazadənin müavini Məhərrəm Əhmədov da işdən çıxarılıb. Hazırda onlar burda oturmur”.