28.07.2014. - BİLGƏH Kardioloji sanatoriyası-istirahətin tək ünvanı!

28.07.2014. -   BİLGƏH Kardioloji sanatoriyası-istirahətin tək ünvanı!Təbii ki, yay mövsümü hər zaman olduğu kimi insanların diqqət-nəzərini müxtəlif istirahət mərkəzlərinə yönəldir. Bir çoxları yay istirahətlərini xarici ölkə kurortlarında keçirməyə üstünlük verirlər, digərləri isə bu məqsədlə Azərbaycanın rayonlarında, səfalı guşələrdə yerləşən istirahət məkanlarına üz tuturlar.
İstənilən halda əsas məqsəd şəhərdən çıxmaq, paytaxtın səs-küyündən və insan sızlığından mümkün qədər uzaqlaşmaqdadır. Amma belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, əslində həm gözəl istirahət etmək, həm də sağlamlığımızı bərpa etmək üçün Bakıdan çox da uzaqlara getmək heç də vacib deyil. Elə Bakı ətrafı qəsəbələrdə də bunun üçün hər bir şəraiti olan məkanlarımız kifayət qədərdir. Bizə bu imkanı verən sağlamlıq-istirahət məkanlarından biri də doğma Xəzərin sahilində yerləşən “Bilgəh” kardioloji sanatoriyasıdır. Hələ sovet dönəmindən fəaliyyət göstərən bu müalicə-istirahət müəssisəsi keçmiş SSRİ-yə daxil olan respublikaların əhalisi arasında da kifayət qədər məşhur idi. Baltik dənizinin sahillərindən Uzaq Şərqə qədər uzanan bu ölkənin bir çox yerlərindən insanlar Bakıya, Bilgəhə istirahətə və sağlamlıqlarını bərpa etməyə gəlirdilər. Sevindirici haldır ki, baş həkim Muxtar Əhmədovun rəhbərlik etdiyi “Bilgəh” kardioloji sanatoriyası bu gün də keçmiş ənənələrədn bir çoxunu yaşadır və inkişaf etdirir. Təbii ki, inkişafdan danışarkən bu gün müstəqil Azərbaycan dövləti tərəfindən bütün digər sahələrdə olduğu kimi, insanların sağlamlığının bərpası və mühafizəsi, vətəndaşlarmızın keyfiyyətli və səmərəli istirahətlərinin təmin olunması məqsədləri üçün də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd etmək vacibdir. Xüsusilə də bu gün ölkəmizin sanatoriya-kurort şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Bu baxımdan ölkə prezidenti cənab İlham Əliyevin “Azərbaycan kurortları Dövlət Proqramı haqqında” 2007-ci il 27 fevral tarixli sərəncamı həmkarlar ittifaqları sistemində kurort-sağlamlıq ocaqları şəbəkəsinin yenidən qurulmasında və genişləndirilməsində mühüm stimul olmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, həyata keçirilən dövlət tədbirlərinin məntiqi davamı olaraq “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə prezidentinin 6 fevral 2009-cu ildə imzaladığı sərəncam da xüsusi əhəmiyyətə malikdir. İlk növbədə bu Proqram dövlətin kurortlar və kurort işi ilə bağlı mövcud ənənəvi siyasətinin davamlı olmasından xəbər verir. Kurort işinin yüksək səviyyədə təşkili iqtisadi və sosial əhəmiyyətli fəaliyyət olaraq regionların inkişafına, infrastrukturun yaradılmasına, əhalinin məşğulluğuna, xidmət sahəsinin genişləndirilməsinə də şərait yaradıb. Beləliklə də bu gün ölkəmizdə mövcud olan kurort-sanatoriyalar sistemi insanların istirahətinin, sağlamlıqlarının mühafizəsinin və müalicəsinin təşkili baxımından son dərəcə zəruri ümummilli sosial-iqtisadi funksiyaları yerinə yetirməkdədir. Bu baxımdan haqqında danışdığımız “Bilgəh” kardioloji sanatoriyasının da yenidən qurulması istiqamətində son illər ərzində əhəmiyyətli işlər görülmüşdür. Belə ki,

bir müddət əvvəl sanatoriyanın ərazisində yerləşən dörd mərtəbəli əsas yataq korpusunda, iki mərtəbəli, hər biri 48 çarpayıdan ibarət digər yataq korpuslarında, ərazidə olan yay kottecləri kompleksində, müalicə-profilaktika korpuslarında, sanatoriyanın yeməkxanasında və mətbəxində əsaslı təmir və yenidənqurma işləri aparılaraq başa çatdırılmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, sanatoriyanın ərazisində həyata keçirilmiş abadlıq və yenidənqurma işləri öz keyfiyyəti və üslubu ilə diqqəti cəlb edir. Əraziyə yeni asfalt örtüyünün çəkilməsi, böyük bir sahənin üzlük daşı ilə üzlənməsi, yeni hovuz və fəvvarələrin tikilməsi sanatoriyanın ümumi görkəmini daha da gözəlləşdirməklə, burada istirahət edənlərə xüsusi zövq verir. Həmçinin xəstələrin rahatlığını təmin etmək məqsədilə sanatoriyanın əsas korpusunda yeni sərnişin lifti quraşdırılıb. Burada istirahət edənlərin asudə vaxtlarının təşkili məsələsi də diqqətdən kənarda qalmayıb. Məhz bu məqsədlər üçün ərazidə, açıq havada müasir idman qurğuları, müxtəlif növ trenajorlarla təchiz olunmuş funksional və rahat idman meydançası tikilib. Təbii ki, yenidənqurma işləri çərçivəsində müəssisənin təsərrüfat bazası da yenilənib, modernləşdirilib. Bu baxımdan sanatoriyanın qazanxana təsərrüfatının yeniləşdirilməsini, fasiləsiz su təchizatının təmin edilməsi məqsədilə əlavə su quyularının qazılmasını, müasir tələblərə cavab verən qazan və ehtiyat su boylerlərinin quraşdırılmasını qeyd etmək olar. Ərazidə aparılmış əlavə yaşıllaşdırma işlərinin, həmçinin artıq mövcud olan yaşıllıqlara göstərilən diqqət və qayğının nəticəsində isə sanatoriyanın özünəməxsus mikroiqlimi bu gün də öz unikallığını və şəfaverici xüsusiyyətlərini qoruyub saxlamaqdadır.

Bütün bunlarla yanaşı etiraf etmək lazımdır ki, istənilən bir müəssisənin uğurlu fəaliyyəti həm də burada çalışan kollektivin və ilk növbədə əlbəttə ki, rəhbərliyin öz işinə olan münasibətindən asılıdır. Bu baxımdan “Bilgəh” kardioloji sanatoriyasının baş həkimi Muxtar Əhmədovun da məqsədyönlü və səmərəli fəaliyyəti xüsusi qeyd olunmalıdır. Demək lazımdır ki, uzun müddət bu müəssisəyə rəhbərlik edən Muxtar Əhmədov, çalışdığı sahə üzrə respublikanın aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda da baş həkimin malik olduğu idarəçilik qabiliyyəti, öz işinə yüksək məsuliyyətlə yanaşma xüsusiyyəti sanatoriyada sağlam kollektivin formalaşmasına səbəb olmuşdur. Buna görə də bu gün “Bilgəh” kardioloji sanatoriyasına istirahətə və müalicəyə gələn insanlara öz işini bilən və sevən peşəkar tibbi personal, mehriban ailə təəssüratı bağışlayan kollektiv xidmət göstərməkdədir.


28.07.2014. -   BİLGƏH Kardioloji sanatoriyası-istirahətin tək ünvanı!
28.07.2014. -   BİLGƏH Kardioloji sanatoriyası-istirahətin tək ünvanı!






Fikirlər