07.09.2014- Nazir prokuror oğlunu cəzalandırdı

07.09.2014- Nazir prokuror oğlunu cəzalandırdıSentyabrın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) genişləndirilmiş toplantı keçirilib.

İclasda ciddi nöqsanlara yol verildiyi iddia olunan 2 saylı, 4 saylı, 23 saylı və 3 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinə, 3 saylı və 6 saylı müfəttişliyin rəis müavinlərinə töhmət verilib. Bundan başqa, ayrı-ayrı regionlar üzrə 7 əmək müfəttişi də töhmət alıb.Bununla bağlı AzNews.az-a maraqlı fakt daxil olub.

Məlum olub ki, töhmət alan şəxslərdən biri Azərbaycanda mühüm postlardan birini tutan şəxsin oğludur.

Belə ki, nazirin qohumu kimi tanınan, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin cəzalandırdığı şəxslərdən biri - 2 saylı regional Dövlət Əmək Müfəttişliyinin rəisi Emin Adıgözəlov Səbail rayon prokuroru Şirxan Adıgözəlovun oğludur.

07.09.2014- Nazir prokuror oğlunu cəzalandırdı

















Qeyd edək ki, prokuror Şirxan Adıgözəlov isə ölkədə geniş əlaqələri olan şəxs kimi tanınır və nazirlərdən birinin də yaxın adamıdır.


Azər






Fikirlər