Yeni tədris ili başlayır: KİRAYƏ BAZARINDA vəziyyət necədir?

09a38a02f64513482dabd369e7d6d483

Bu il yeni tədris ili sentyabrın 17-də başlayacaq. Buna səbəb 15 sentyabrın həftənin şənbə gününə təsadüf etməsidir.

Artıq paytaxt Bakıda yeni tədris ili ilə bağlı hiss olunacaq dərəcədə sıxlıq müşahidə edilməkdədir. 

Paytaxta axın həm də kirayə bazarında canlanma yaradıb. Tələb çox, təklifdəki qiymətlər isə sözün əsl mənasında “əl yandırır”.

Hazırda kirayə bazarında qiymətlər 30-40 faiz bahalaşıb. Bölgələrdə yaşayan və paytaxtdakı universitetlərə qəbul olunan tələbələr ev axtarışına çıxıb. Bu isə kirayə bazarında tələbin artmasına səbəb olub.

Ev alqı-satqısı ilə məşğul olan Natiq Bəhramov Modern.az-ın əməkdaşı ilə söhbət zamanı sentyabrda Bakıda kirayə qiymətlərinin avqustla müqayisədə artdığını bildirib.
O qeyd edib ki, universitetlərin yerləşdiyi ərazilərdə təmirindən asılı olaraq 1 otaqlı evlər 200-250 manata, 2 otaqlı evlər 350-400 manata, 3 otaqlı evlər isə 500 manatdan başlayan qiymətlərlə təklif olunur.
Artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. Yay aylarında 250-300 manata təklif edilən evlərin qiyməti hazırda 400-450 manatadək bahalaşıb.

 






Fikirlər