İNTİHAR EDƏN RƏİSİN MƏKTUBLARI TAPILIB – “Mənim ölümümdə…” (Yenilənib)

 

01111

Dünən Biləsuvarda özünü asan Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlunun intiharının təfərrüatları bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rəisin özünü asmasında bir sıra ilginc məqamlar var.

Həmin məlumatlara görə, rəis 35 yaşının tamam olduğu gün-doğum günündə canına qıyıb.

Belə ki, İlkin Ağayev qeyri-iş günündə işlədiyi idarəyə gələrək qarovulçudan açarları alıb. Vacib bir işinin olduğunu bildirən rəis içəri daxil olub və bir müddət sonra intihar edib.

Gecəyə qədər gözləyən qarovulçu rəisdən xəbər çıxmayınca işçilərə xəbər verib. Bundan sonra qapını sındıraraq içəri daxil olan işçilər rəislərinin içəridə asılmış vəziyyətdə olan meyitini aşkarlayıblar.

Ailəyə yaxın şəxslər “Qafqazinfo”ya bildiriblər ki, rəis intihardan əvvəl 3 məktub yazıb. Onlardan birini qardaşına ünvanlayıb və 3 övladını qardaşına əmanət edərək, onların qayğısına qalmağı xahiş edib.

İkinci məktub isə Rayon Prokurorluğuna yazılıb. Belə ki, rəis ölümündə heç kəsin günahkar olmadığını qeyd edib.

Məlumatlara görə, bu məktublardan daha əvvəl yazdığı məktubunu isə rəis parçalayaraq zibil qabına atıb. İlkin Ağayevin ölümünün əsl səbəbinin də məhz o cırılmış məktubda əks olunduğu deyilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları və ekspertlər həmin məktubun hissələrini birləşdirərək oxumağa cəhd edirlər. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bildirək ki, rayonda yüksək vəzifə tutan bu şəxsin özünü asmasında böyük müəmmalar yer alıb. Məhz dünən meyit yarılmaq üçün də digər rayona-Cəlilabada aparılıb.

Başqa məlumatlarda 2 ay əvvəl bu vəzifəyə təyin olunan İlkin Ağayevin 10 min manata qədər borcunun olduğu da deyilir.

Xəbər verdiyimiz kimi, İlkin Ağayev və onun ailə üzvləri Biləsuvarda tanınmış və ciddi bir ailənin nümayəndələridir. Mərhumun heç kimlə probleminin olmadığı bidirilir. İlkin Ağayev Biləsuvarın məşhur seyidi Sənayenin nəvəsidi.

Bu hadisəni bütün rayon əhalisi şok kimi qarşılayıb.

***

Biləsuvar Telekommunikasiya Qovşağının rəisi, dünən gecə işlədiyi idarənin binasında intihar edən Ağayev İlkin Mirilham oğlunun məktubu tapılıb.

Virtualaz.org saytı xəbər verir ki, İlkin Ağayev intihar etməzdən əvvəl yazı qoyub.Yazıda bildirilir ki, “mənim ölümümdə heç kəsi günahkar bilməyin, həyatdan bezmişəm”.

Qeyd edək ki, 35 yaşlı İlkin Ağayev iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Bundan əvvəl həmin idarədə baş mühasib işləyib. 3 azyaşlı uşaq atasıdır.

Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunurdu.Atası Mirilham isə Biləsuvarda ən yaxşı televizor ustasıdır.Rusiyada ali məktəb bitirib.

***

Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.

İdarənin işçiləri rəis otağının qapısının uzunmüddətli  bağlı olduğunu görüblər. Onlar əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar.

Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağayev İlkin Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsidir.

 

Biləsuvarda şok intihar - Rəis özünü asdı

Biləsuvarda şok intihar - Rəis özünü asdı
Biləsuvarda şok intihar - Rəis özünü asdı
Biləsuvarda şok intihar - Rəis özünü asdı

 






Fikirlər