Deputatlarla JURNALİSTLƏRİN yarışacağı məkan bəlli oldu - BU GÜN saat 19.00-da...

Bu gün dekabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Bu barədə Modern.az-a Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna  dəvət ediblər.
“Bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın. Artıq bunu bütün dünya qəbul edir.

Bütün bunlar təbii ki, cənab Prezident İlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir.

Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.



Komitə sədri qeyd edib ki, bu oyun ölkə başçısının ad günü ərəfəsində  keçiriləcək: 
“Cənab Prezident bu günə kimi bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir.

Biz də belə bir futbol oyunu ilə Prezidentimizin ad gününü təbrik edəcəyik”.
Modern.az-ın məlumatına görə, deputatlarla jurnalistlər bu gün axşam saat 19.00-da Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaqlar.

Qeyd edək ki, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb.

Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb. 

 






Fikirlər