RƏSUL QULİYEV MÜSAVATLA DANIŞIQ APARIB - Arif Hacılı eks-spikerin şərtini rədd edib
Milli Şuranın 11 sentyabr mitinqini yüksək qiymətləndirərək, növbəti mitinqlərə daha çox adamın qatılmasının zəruriliyi ilə bağlı çağırış edən eks-spiker Rəsul Quliyev, cəmi 3 gündən sonra mövqeyini kəskin dəyişib. Eks-spiker Milli Şura və Müsavatın mitinqlərinə həsr etdiyi dünənki “Mitinqlərin sonu” başlıqlı Facebook statusunda yazır: “Hələ də özlərini müxalifət hesab edən 2 partiya – AXCP və Müsavat bu mitinqlərlə biRƏSUL z də varıq (AXCP bir qədər çox) arzularını həyata keçirə bilmədilər. Nəticədə hakimiyyət xalq üzərində, AXCP isə Müsavat üzərində böyük üstünlüklə qələbə çaldı. Növbəti xaotik mübarizə əhvalı yaranana qədər Xalq Cəbhəsi bu mitinqlərlə hakimiyyəti necə təşvişə saldığından danışacaq, Müsavat isə “onun məqsədi kütləvilik deyildi, sadəcə hökumətə mesaj göndərmək idi”, yazacaq. Hakimiyyətdən zəhləsi gedən, özlərini müxalifət adlandıranlara zərrə qədər inanmayan məzlum Azərbaycan xalqı ”Allah bu zülmü yerdə qoymaz” ümidi ilə yaşamağını davam etdirəcək, imkan tapanlar isə xarici ölkələrə üz tutacaqlar”. Bu statusdan cəmi 3 gün əvvəl – sentyabrın 15-də isə Milli Şuranın 11 sentyabr mitinqinə həsr etdiyi Facebook statusunda R.Quliyev yazırdı: “Hörmətli oxucular! Göründüyü kimi, 11 sentyabr mitinqinin nisbətən uğurlu alınmasından ruhlanan eks-spiker, məsafədən olsa da, özü də aksiyaların təşkilatçıları sırasına qoşularaq, xalqa çağırış edir, lakin növbəti mitinq uğursuz alınınca dərhal məsuliyyəti özündən uzaqlaşdıraraq, Milli Şura və Müsavat rəhbərliyini qamçılamaq yolunu tutur. R.Quliyev xüsusən də kütləvi aksiyalarla bağlı hər zaman belə ziddiyyətli mövqe tutub – uğur olanda dərhal sahiblənib, uğursuzluq olanda isə günahlandırmaq üçün ünvan axtarıb. Lakin budəfəki incikliyinin bir başqa səbəbi də var. “AzPolitika.info”ya daxil olan məlumata görə, R.Quliyev 18 sentyabr mitinqi ilə bağlı Müsavat rəhbərliyi ilə məsləhətləşmələrə qoşulub. Müsavat başqanı Arif Hacılı ilə 2 telefon söhbətində R.Quliyev tərəfdarlarının mitinqdə iştirakı qarşlığında 1 şərt irəli sürüb. Bu şərt ondan ibarət olub ki, R.Quliyevin azsaylı tərəfdarlarının (Təxminən 10 nəfərin) toplandığı Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da mitinqdə çıxış etsin. Arif Hacılı R.Quliyevlə ikinci telefon danışığında “partiya Divanının etirazını” əsas gətirərək bu şərti rədd edib. Həqiqətən də A.Hacılı R.Quliyevin bu şərtini Divanda müzakirəyə çıxarıb, lakin bəzi Divan üzvləri “ali savadlı olduğu belə şübhə doğuran bir gəncin” Müsavatın mitinqində çıxış etməsinin yolverilməzliyini başqanın diqqətinə çatdırıblar. Bundan sonra R.Quliyev həmişəki kimi, okeanın o tayından burdakı müxalifətçiləri və xalqı qorxaqlıqda ittiham etməyə başlayıb. Milli Şuranın güclü yağışa görə demək olar ki, baş tutmayan 17 sentyabr mitinqi barəsində R.Quliyev yazıb: “Mitinqə gələnlərin sayı verdiyim proqnozdan belə 3 dəfə az oldu. Buna dərindən təəssüf edirəm. İnsanlar yağışdan qorxub azad olmaqdan imtina etdilər və mitinqə getmədilər arqumenti faciəli səviyyədə gülüncdür. İnsanlar getməmək üçün sadəcə səbəb axtarırmış, daha doğrudur. MŞ ölkədəki vəziyyəti analiz edə bilmir demək kompliment olardı. Onlarda elementar məntiq çatışmır və ya yoxdur, daha düzgün qiymətdir. MŞ adlanan (yeganə Xalq Cəbhəsi Partiyası üzvü olan) süni qurum, əgər bu millətə xeyir vermək istəyirsə, heç olmasa müvəqqəti siyasətlə məşğul olmamalıdır”. Rasim ƏLİYEV
AXCP və Müsavatın liderlərini bacarıqsızlıqda ittiham edən Rəsul Quliyev, özü haqda isə bunları deyib: “Mən Bakıda olsaydım, azı 5 variantım olardı”.
11 Sentyabr mitinqi kifayət qədər izdihamlı idi, ancaq hakimiyyəti fikrindən döndərmək iqtidarında olan saydan azı 4-5 dəfə azdır. Mən 18-də mitinq ola-ola 17-nə mitinq çağırmağı səhv hesab edirəm. Ancaq mitinqləri çağırmağa icazə verilibsə özünüzün, gələcək nəsillərin naminə kütləvi şəkildə mitinqlərə çıxın. 17-də çıxanlar hökmən 18-də də mitinqə çıxmalıdır. 18-də gələnlər 17-də də iştirak etməlidir. 17-də mitinqə gələnlərin sayı 11-dəkindən azı 2, 18-də isə azı 4 dəfə çox olmasa, hökumətin qarşısında dayanmaq mümkün olmayacaq. Hər biriniz mitinqə özünüzlə bərabər ən azı 5 adam da gətirin…”
AzPolitika.info